Ambruaz Düpon: Fidan Hacıyevanın mükəmməl ifası cazibədarlığı məni məftun etdi

 

Dünya opera sənətinin incilərindən sayılan "Karmen" bakılı musiqisevərlərin böyük intizarla gözlədikləri əsərlərdən biridir. Təsadüfi deyildir ki, "Karmen" hər dəfə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının səhnəsində anşlaqla oynanılır. Paytaxt tamaşaçılarını, eləcə şəhərimizin qonaqlarını bu səhnə əsərinə təkrar-təkrar baxmağa təkcə Fransa bəstəkarı Jorj Bizenin ölməz musiqisi deyil, həm güclü səsə, qüsursuz texnikaya malik vokalçılarımızın, xüsusən səhnəmizin Karmeninin - Azərbaycanın əməkdar artisti Fidan Hacıyevanın mükəmməl ifası cəlb edir.

AzərTAc xəbər verir ki, aprelin 17-də - gözəl bir bahar axşamında Opera Balet Teatrının qarşısı yenə qələbəlik idi. Musiqi xiridarları "Karmen" növbəti görüşü böyük səbirsizliklə gözləyirdilər. "Karmen"in yaradıcı kollektivi bu gözəl əsərdən zövq almağa gəlmiş insanların arzusunu ürəyində qoymadı, həqiqətən, gözəl bir ifa ilə onların qarşısına çıxdı.

Coşqun, ehtiraslı səhnələrin bir-birini əvəzlədiyi bu lirik-dramatik əsərdə məhəbbət ülvi hisslər zirvəsinə yüksəlmir, ifrat dərəcəyə çatmış qısqanclıq girdabında boğulub məhv olur. Qabarıq şəkildə təqdim olunmuş Karmen-Xoze antaqonizmi tamaşaçını daim gərginlikdə saxlayır, ehtirasın insanı necə cılızlaşdırdığına inandırır. Xalq içindən çıxan qaraçı qızın dövrünün əxlaq çərçivələrinə sığmayan çılğın təbiəti sevib-seçdiyi insanın zəif xarakterini, daxili mühafizəkarlığını qəbul edə bilmir. Onların xarakterindəki kəskin ziddiyyət gərginləşərək dözülməz həddə çatır əsərin finalında olum, ya ölüm seçimini labüd edir. Ruhunun azad olmadığı bir həyatda yaşamaqdansa, ölümə üstünlük verən Karmen Xozenin köksünə sapladığı bıçağı talenin bir qisməti kimi qəbul edir.

Fidan Hacıyevanın Karmen obrazından dəfələrlə yazılıb yəqin ki, bundan sonra da hələ çox yazılacaqdır. Sevindirici haldır ki, Azərbaycan səhnəsinin ulduzu hazırda dünyanın ən koloritli Karmenlərindən biri sayılır. Fidan Hacıyeva qaraçı qızın əvəzsiz ifaçısı olduğunu hər dəfə yeni daha inandırıcı ştrixlərlə sübuta yetirir. Onun gözəl vokal texnikası, qüsursuz səhnə mədəniyyəti, ehtiraslı çalarlarla zəngin messo-sopranosu, xüsusən böyük bir şövqlə ifa etdiyi "Nabanera", mükəmməl intonasiya tərzi, dramatik istedadı, zahiri gözəlliyi bu dəfə ən ciddi musiqisevərlərin zövqünü oxşadı, bu obrazın sanki onun boyuna biçildiyini bir daha təsdiqlədi.

Azərbaycanda səfərdə olan Fransa Senatının üzvləri Ambruaz Düpon Jaklin Paniz tamaşadan sonra səhnə arxasına gələrək mənəvi zövq aldıqları bu gecəyə görə müğənniyə minnətdarlıqlarını bildirmişlər. Heyranlığını gizlədə bilməyən A.Düpon demişdir: "Mükəmməl ifanız gözəlliyiniz məni məftun etdi. Siz həqiqətən Karmenin ən möhtəşəm ifaçılarından birisiniz".

Əsərdə digər partiyaları ifa edən əməkdar artist İnarə Babayevanın (Mikaela), Fərid Əliyevin (Xoze) Anton Feştanqın (Eskamilyo) çıxışları da təqdirəlayiq idi. Rejissor Hüseyn Əliyevin quruluş verdiyi "Karmen" operasının yaradıcı heyəti səhnədə tam bir harmoniya yarada bilmişdi. Onların mükafatı isə tamaşaçıların salonu titrədən gurultulu alqışları oldu.

"Karmen" tamaşasına xarici ölkələrin Bakıda akkreditə olunmuş səfirləri tamaşa etmişlər.

 

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 4.