Frilanserlərin internet saytı təqdim olunmuşdur
Aprelin 17-də Müasir
İncəsənət Muzeyində Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası tələbələrinin azad sahibkarlıqda
"SİFE" qrupu www.azfreelance.net internet saytını təqdim
etmişdir.
AzərTAc xəbər verir
ki, bu münasibətlə keçirilən mərasimdə
"SİFE" tələbə təşkilatının
nümayəndəsi Heydər Quliyev qurumun fəaliyyəti, həyata
keçirdiyi layihələr haqqında məlumat vermişdir.
Bugünkü tədbirin məqsədi isə təşkilatın
saytını və Azərbaycanda frilanser mədəniyyətini
geniş ictimaiyyətə tanıtmaqdır. Frilanserlərin
sifarişçilər üçün müəyyən
işlər görən peşə sahibi olduqlarını deyən
natiq diqqətə çatdırmışdır ki, təşkilat
işçiləri, işəgötürənləri və
şirkət rəhbərlərini online sistem vasitəsilə
əlaqələndirir. O, xidmətin geniş auditoriyası sayəsində
sifarişçilərin qısa müddətə peşəkar
dizaynerlər, proqramçılar, tərcüməçilər
və başqaları ilə əlaqə yarada biləcəyini
vurğulamışdır.
Tədbirdə Gənclər
və İdman Nazirliyinin, "İrəli" İctimai
Birliyinin, Xalq Bankın və bir sıra şirkətlərin
nümayəndələri də iştirak etmişlər.
Sonda saytla bağlı
videoçarx nümayiş olunmuşdur.
Azərbaycan.- 2011.- 19
aprel.- S. 4.