Əhməd Davudoğlu: "Türkiyə-İran-Azərbaycan üçlüyünün əməkdaşlığı Qafqazlarda sülhün və sabitliyin bərqərar olmasına da töhfə verəcəkdir"

 

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İranın Urmiya şəhərində Azərbaycan və İran xarici işlər nazirləri ilə görüşün nəticələrinə dair müsahibəsində bildirmişdir ki, hər üç ölkə, eyni zamanda, bir Qafqaz ölkəsidir və bu üçlüyün əməkdaşlığı regionda sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcəkdir.

Türkiyə xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, bu görüşlə üç ölkə arasında məsləhətləşmələr prosesi rəsmi olaraq başlanmışdır və növbəti görüşlərin bu il Naxçıvanda və 2012-ci ildə Türkiyədə keçirilməsi planlaşdırılır. Türkiyə, Azərbaycan və İranın çox köklü müştərək tarixi olduğunu da vurğulayan nazir əlavə etmişdir ki, bundan sonra mədəni əlaqələri gücləndirmək, qarşılıqlı səfərləri artırmaq və birgə iqtisadi layihələr həyata keçirmək nəzərdə tutulur. Sərhəd bölgələrində regional əməkdaşlıq zonaları yaradılacaqdır.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-19 aprel.- S. 4.