Kimyaçı alimlərin tədqiqatları müasir
elmi problemlərin həllinə yönəldilmişdir
BMT-nin tövsiyəsi ilə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İUPAC) 2011-ci ili
"Beynəlxalq Kimya
İli" elan etmişdir.
Azərbaycanda kimya elmi sahəsində mühüm
nəzəri və təcrübi əhəmiyyətli
araşdırmaları ilə
tanınan tədqiqat mərkəzlərindən biri
Azərbaycan Milli Elmlər Akademiyasının
akademik Yusif Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutudur. Bu il institut kollektivinin
qarşıya qoyduğu
və həll etməyə çalışdığı
problemlər, aparılan
tədqiqatların istiqamətləri
və onların əhəmiyyəti barədə
nə demək olar?
İnstitutun direktoru, akademik Musa Rüstəmov
bu suala cavab olaraq demişdir:
- Bilirsiniz ki, iqtisadi inkişafı intensivləşdirməyin ən
mühüm mənbələrindən
biri mövcud enerji resurslarıdır. Bir-biri ilə sıx əlaqədə olan yanacaq-enerji kompleksi, neftayırma, neft-kimya və qaz sənayesi ölkəmizin iqtisadiyyatında
mühüm yer tutur. Azərbaycan zəngin neft və qaz ehtiyatlarına
malikdir. Neftayırma, neft-kimya və qaz sənayesini inkişaf etdirməyin konseptual elmi əsaslarını hazırlamaq
bizim başlıca vəzifəmizdir.
Əsas tədqiqatlarımızı
prioritet sahələrə
yönəltmişik. Məqsədimiz neftin emalını təkmilləşdirmək, daha
mükəmməl texnologiyalar
işləyib hazırlamaqla
mövcud xammal ehtiyatlarından yeni materiallar almaq, əvvəlki kooperasiya əlaqələrinin pozulduğu
indiki şəraitdə
ölkəmizi xarici asılılıqdan qurtarmaq
və beləliklə,
dövlət müstəqilliyimizi
möhkəmləndirməkdən ibarətdir.
Kimyaçı alimlərimizin
diqqətəlayiq, səmərəli
axtarışları buna
imkan verir. Tam inamla deyə
bilərəm ki, neft-kimya elminin inkişafı sahəsində
yeni tədqiqatlar artıq bizi dünya miqyasında qabaqcıl mövqelərə
çıxarmaq ərəfəsindədir.
Mən bu tədqiqatlardan bir neçəsini açıqlaya bilərəm.
İon mayelərin, nanomateriallar və kompozitlərin alınmasına,
katalizin müasir istiqamətlərinin müəyyən
edilməsinə, bioloji
parçalanması mümkün
olan perspektivli polimer materialların istehsalı texnologiyasının
işlənib hazırlanmasına,
qlobal istiləşməyə
səbəb olan qazların atmosferə tullanmasının
qarşısının alınmasına
yönəldilən mühüm
elmi və təcrübi əhəmiyyəti
olan problemlər üzərində işləri
davam etdiririk. Bunlarla yanaşı, ekologiyanın
qorunmasına, süni
fotosintezin perspektiv istiqamətlərinin müəyyən
edilməsinə, hidrogen
energetikasının tədqiq
olunmasına, biokimyəvi
çevrilmələr əsasında
gələcək kimya
istehsal sahələrinin
yaradılmasına, alternativ
enerji mənbələri
və bioyanacaqlar sahəsindəki axtarışlara
da üstünlük veririk.
Bir sözlə, kimyaçı
alimlərimizin tədqiqatları
çoxşaxəlidir və
bunların müsbət
nəticələr verəcəyinə
şübhə etmirik.
İndiyədək əldə
etdiyimiz nailiyyətlər,
inkişaf etmiş bir sıra ölkələrlə,
o cümlədən
ABŞ, İngiltərə, Fransa, Danimarka, Rusiya ilə, habelə beynəlxalq elmi təşkilatlarla
səmərəli əməkdaşlığımız,
aldığımız çoxsaylı
qrant və mükafatlar bunu bir daha təsdiq
edir. Son illər institutumuz "Elm Sülh Naminə"
NATO Proqramı çərçivəsində
elmi-tədqiqatlar aparılmasında
da iştirak edir.
Ölkəmizdə elmin inkişafına dövlət
qayğısı göz
qabağındadır. Bu
diqqət və qayğıya real və konkret işlərlə cavab vermək bizim borcumuzdur.
Azərbaycan.- 2011.-19 aprel.- S. 8.