Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın keçmiş Baş naziri, "VAE Controls" şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolaneki qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Çexiya Respublikasının keçmiş Baş naziri, "VAE Controls" şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolaneki qəbul etmişdir.

Çexiyanın keçmiş Baş naziri, "VAE Controls" şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolanek Bakıda çox böyük inkişafın şahidi olduğunu burada aparılan quruculuq işlərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirek Topolanek ilə Praqada keçirilən "Cənub Dəhlizi-Yeni İpək yolu" sammitindəki görüşü məmnunluqla xatırlandı, dövlətimizin başçısının həmin sammitdə iştirakının önəmi qeyd olundu, Azərbaycan ilə Çexiya arasında işgüzar əlaqələrə dair fikir mübadiləsi aparıldı.

 

 

Azər TAc

 

Azərbaycan.- 2011.- 20 aprel.- S. 1.