Səfər başa çatdı
Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 19-da başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rumıniya Prezidenti Trayan Beseskunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2011.- 20 aprel.- S. 2.