Azərbaycanın BMT yanında daimi nümayəndəsi təşkilatın baş katibinə məktub göndərmişdir

 

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Ağdam rayonunun Orta Qərvənd kəndində doqquz yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsi ilə bağlı təşkilatın baş katibinə növbəti məktub göndərmişdir.

Məktubda deyilir: "Xüsusi olaraq diqqəti bu fakta yönəltmək istəyirəm ki, bu dəhşətli cinayət Azərbaycan Ermənistan prezidentlərinin 2011-ci il martın 5-də Soçidə keçirilmiş görüşündən üç gün sonra baş vermişdir. Sizin diqqətinizi 2011-ci ilin fevral mart aylarında Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulmasına yönəltmək istəyirəm. Bu dövrdə atəşkəsin pozulması nəticəsində Azərbaycanın bir mülki vətəndaşı iki əsgəri öldürülmüş, dörd əsgər yaralanmışdır".

Səfir qeyd etmişdir ki, həmin dövrdə Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edən Ermənistan əsgərləri arasında döyüşdənkənar zorakılıq halları baş vermiş bu hadisələr erməni ordusunun iki əsgərinin ölümü ilə nəticələnmişdir. Mətbuatda yayılmış məlumatlara görə, orduya yeni çağırılmış Gevork Kotinyan Torgom Saruxanyan öz əsgər yoldaşları tərəfindən öldürülmüşlər. Qətl hadisələri 2011-ci il fevralın 6-da martın 2-də baş vermişdir. Ermənistanın Müdafiə Nazirliyi bu faktları təsdiqləmişdir. Ermənistan silahlı qüvvələrində pozğunluq nizamsızlıq halları son hadisələr onların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdiklərini bir daha sübut edir.

A.Mehdiyev vurğulamışdır ki, qətl hadisələrinin təhqiqatı Ermənistanın Müdafiə Nazirliyinin istintaq şöbəsi tərəfindən bu ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq aparılır. Göründüyü kimi, Ermənistanın Müdafiə Nazirliyi ölkəsinin hüdudlarından kənarda da istintaq aparır. Öz Cinayət Məcəlləsini Azərbaycanın işğal edilmiş ərazilərində tətbiq edir.

Məktubda bildirilir ki, fevral mart aylarında Ermənistan ordusu 105 dəfə atəşkəs rejimini pozmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 20 aprel.- S. 3.