Pakistanın nüfuzlu
"Daily İttehad"
qəzetində "Bakı
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna ev sahibliyi etmişdir"
sərlövhəli məqalə
dərc olunmuşdur
Pakistan İslam Respublikasında nəşr
olunan nüfuzlu "Daily İttehad" qəzetinin 18 aprel tarixli nömrəsində
"Bakı Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etmişdir"
sərlövhəli məqalə
dərc edilmişdir.
Azərbaycanın Pakistandakı səfirliyindən
AzərTAc-a bildirmişlər
ki, forumda şəxsən iştirak
etmiş baş redaktor Tahir Faruqun qələmə aldığı yazıda
aparıcı beynəlxalq
təşkilatların - YUNESKO-nun,
İSESKO-nun və Avropa Şurası Parlament Assambleyasının
rəhbər şəxslərinin,
dünyanın bir çox ölkəsindən
tanınmış
ictimai-siyasi xadimlərin,
diplomatların və jurnalistlərin tədbirə
qatılması, habelə
Azərbaycanda müşahidə
edilən siyasi, mədəni və iqtisadi inkişaf barədə məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, Qərblə Şərq arasında coğrafi və mədəni körpü rolunu oynayan Azərbaycanın mədəniyyətlərarası
forum keçirməyə
tam haqqı çatır. Tarixən müxtəlif mədəniyyətlərin
qovuşuğunda yerləşən
və zəngin sivilizasiyaya malik olan Azərbaycanda müxtəlif etnik və dini qruplar
hər zaman sülh şəraitində
yaşamış, heç
bir ayrı-seçkiliyə
məruz qalmamış
və sərbəst şəkildə ümumbəşəri
hüquq və azadlıqlardan istifadə etmişlər. İslam dünyasının
tərkib hissəsi olan Azərbaycan, bununla yanaşı, mütərəqqi Qərb
dəyərlərini də
mənimsəmişdir. Ölkənin
həm İslam Konfransı Təşkilatının,
həm də Avropa Şurasının üzvü olması da bunu təzahür
etdirir.
Məqalə müəllifi
Prezident İlham Əliyevin Forumdakı nitqinə yer vermiş, müsəlman dünyasına və İslam dininə mənsub Azərbaycanın
zamanın ruhuna uyğun olaraq Qərb dəyərlərinə
də yiyələndiyini
oxucuların diqqətinə
çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan müsəlman
dünyasında ilk dəfə olaraq demokratik respublika yaratmış, ilk teatr və operaya
malik olmuş, həmçinin qadınlara
səsvermə hüququnu
tanıyan ilk dövlət olmuşdur.
Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatı ilbəil sürətlə inkişaf
etməkdədir ki, bu da ölkədə
bir çox sosial islahatların həyata keçirilməsinə
kömək edir. Yazıda Azərbaycan Prezidentinin bu sözləri xüsusi vurğulanmışdır ki,
Ermənistanın Azərbaycan
torpaqlarını işğal
etməsi əsas beynəlxalq təşkilatlar
tərəfindən tanınmış
və ondan işğal etdiyi torpaqlardan çıxması
tələb olunmuşdur.
Lakin Ermənistan buna məhəl qoymur. Amma Azərbaycan
torpaqları işğaldan
azad olunacaqdır.
Baş redaktor Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın çıxışından da
sitatlar gətirmiş,
ümumbəşəri dəyərlərin
ətrafında birləşməyin
və ayrı-seçkiliyin
aradan qaldırılmasının
əhəmiyyətini qeyd
etmişdir. Məqalədə Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın müqəddəs Quranın
yandırılmasına beynəlxalq
aləmdə müvafiq
reaksiya verilməməsindən
və dinin siyasiləşdirilməsindən təəssüflənməsi də
öz əksini tapmışdır.
Azərbaycan.- 2011.- 20 aprel.- S. 5.