Bakıda keçirilmiş
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun nəticələri Cənub-Şərqi
Avropanın Mədəniyyət
Nazirləri Şurasının
illik sessiyasında müzakirə olunmuşdur
Aprelin 14-15-də Rumıniyanın
paytaxtı Buxarestdə
Cənub-Şərqi Avropanın
Mədəniyyət Nazirləri
Şurasının illik
sessiyası keçirilmişdir.
Azərbaycan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, həmçinin Cənub-Şərqi
Avropanın mədəniyyət
nazirlərinin, beynəlxalq
təşkilatların nümayəndələrinin
və digər rəsmi şəxslərin
iştirak etdikləri
tədbirdə beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq
proqramları, mədəni
layihələrin həyata
keçirilməsi və
regional əməkdaşlığın
inkişaf etdirilməsi
məsələləri müzakirə
olunmuşdur.
Bununla yanaşı, iclasda Qara Dəniz və Cənubi Qafqaz ölkələrinin
mədəniyyət sahəsində
əməkdaşlıq səylərini
birləşdirmək məqsədi
ilə Rumıniyanın
Mədəniyyət və
Milli İrs Nazirliyi tərəfindən
irəli sürülmüş
Qara Dəniz və Cənubi Qafqaz Mədəniyyət
Nazirləri Şurasının
təsis edilməsinə
dair Əsasnamə layihəsi də əsas müzakirə mövzusu olmuşdur. Azərbaycan tərəfindən
sözügedən sənəd
layihəsinin dövlətdaxili
prosedurlardan keçməsinin
vacibliyi qeyd edilmişdir.
Şuranın illik sessiyasında Əbülfəs
Qarayev çıxış
edərək tədbir
iştirakçılarına bu il aprelin
7-dən 9-dək Bakıda keçirilmiş
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun nəticələri barədə
məlumat vermişdir.
Nazir Forumun Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü
və dəstəyi ilə daimi əsasda təsis edildiyini və 2013-cü ilin aprelində növbəti Ümumdünya
Forumunun keçirilməsinin
nəzərdə tutulduğunu
diqqətə çatdırmışdır.
Səfər çərçivəsində
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev və Rumıniyanın mədəniyyət və
milli irs naziri Kelemen Hunor arasında ikitərəfli görüş
keçirilmişdir. Görüşdə
qarşılıqlı mədəni
əməkdaşlıq məsələləri
müzakirə edilmişdir.
Azərbaycan.- 2011.-20 aprel.- S. 7.