DSMF ümummilli liderin anadan
olmasının 88-ci ildönümü münasibətilə
silsilə tədbirlər keçirir
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının
88-ci ildönümü münasibətilə Dövlət
Sosial Müdafiə Fondunun strukturlarının komandaları arasında
mini-futbol və şahmat turnirləri start götürüb.
Bu münasibətlə keçirilən tədbirdə cıxış edən DSMF sədri Səlim Müslümov ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açaraq deyib ki, ümummilli liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Bu gün respublikamızın həyatının bütün sahələrində ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmaqdadır. Ulu öndər Heydər Əliyev idman sahəsinə də xüsusi diqqət və qayğı göstərib. Bu diqqət və qayğının sayəsində Azərbaycanda idmanın inkişafı və kütləviləşməsi üçün mükəmməl baza formalaşıb. Bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək, dünya şöhrətli idmançılar hazırlamaq üçün mükəmməl zəmin yaranıb. Azərbaycanda idmanın qısa müddətdə belə sürətli inkişafı Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi sayəsində reallığa çevrilib.
S.Müslümov oun da bildirib ki, DSMF-də artıq neçə ildir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilir. Bunlardan biri də mini-futbol turniridir.
Mini-futbol və şahmat turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok və medallar təqdim ediləcək.
Elçin CƏFƏROV
Azərbaycan.- 2011.-20 aprel.- S. 8.