Dövlət büdcəsindən maliyyələşdirilən təhsil səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Müəyyən edilsin ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil səhiyyə müəssisələrinin növü xüsusiyyətləri nəzərə alınmaqla mərhələlərlə həyata keçirilir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.-  21 aprel.- S.  1.