Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Səbail rayonu İcra Hakimiyyətinə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası 880 şagirdlik ümumtəhsil məktəbi binalarının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.- 21 aprel.- S.  1.