"Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından etibarən ötən iyirmi il ərzində xalqımızın ictimai-siyasi elmi-mədəni həyatı ilə bağlı nailiyyətləri əks etdirən mühüm əhəmiyyətə malik bir sıra nəşrlər işıq üzü görmüşdür. Bununla yanaşı, respublikamıza aid xəritələr mövcud akademik nəşrlərdə lazımınca əhatə olunmamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycanın milli atlasının çapını təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Milli Atlası" nəşr edilsin.

2. "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilsin:

 

Redaksiya heyətinin sədri

 

Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri

 

Redaksiya heyəti sədrinin müavini

 

Mahmud Kərimov - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

Məsul katib

 

Qərib Məmmədov - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin sədri

 

Redaksiya heyətinin üzvləri

 

Elmar Məmmədyarov - xarici işlər naziri

Şahin Mustafayev - iqtisadi inkişaf naziri

Natiq Əliyev - sənaye energetika naziri

Ziya Məmmədov - nəqliyyat naziri

İsmət Abasov - kənd təsərrüfatı naziri

Hüseynqulu Bağırov - ekologiya təbii sərvətlər naziri

Əbülfəs Qarayev - mədəniyyət turizm naziri

Misir Mərdanov - təhsil naziri

Oqtay Şirəliyev - səhiyyə naziri

Əli Abbasov - rabitə informasiya texnologiyaları naziri

Azad Rəhimov - idman gənclər naziri

Arif Vəliyev - Dövlət Statistika Komitəsinin sədri

Akif Əlizadə - AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru

Xoşbəxt Yusifzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

Ağamusa Axundov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru

Əhliman Əmiraslanov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru

Budaq Budaqov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru

Abel Məhərrəmov - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru

Ziyad Səmədzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri

Yaqub Mahmudov - AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri

Məhərrəm Babayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq Aqrokimya İnstitutunun direktoru

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.- 21 aprel.- S.  2.