A.T.Hüseynin Azərbaycan Respublikasının Yaponiyada
fövqəladə və
səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azər Tofiq oğlu Hüseyn Azərbaycan Respublikasının Yaponiyada
fövqəladə və
səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 aprel 2011-ci il
Azərbaycan.- 2011.-21 aprel.- S. 3.