İmişli Rayon Məhkəməsinin hakimi Q.Ə.Rzayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 113-cü və

114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

İşlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə İmişli Rayon Məhkəməsinin hakimi Qubadəli Əli oğlu Rzayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.- 21 aprel.- S.  3.