Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 391 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Məhkəmə nəzarətçiləri
və məhkəmə icraçıları haqqında”, “Məhkəmə
qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹4, maddə 323, ¹12, maddə 1034; 2007-ci il,
¹11, maddə 1105, ¹12, maddə 1246; 2009-cu il, ¹7, maddə 533, ¹8,
maddə 627, ¹10, maddə 773, ¹12, maddələr 983, 988; 2010-cu
il, ¹2, maddə 83, ¹4, maddə 292) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər
edilsin:
1. 9.22-ci bənddə “məhkəmə
icraçılarına” sözləri “icra məmurlarına”
sözləri ilə əvəz edilsin.
2. 9.23-cü bənddə
“məhkəmə icraçılarına və müvafiq məhkəmə
nəzarətçilərinə” sözləri “müvafiq
icra məmurlarına” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2011-ci il.
Azərbaycan.- 2011.-21 aprel.- S.2.