Azərbaycan ilə Litvanın
fövqəladə halların idarə edilməsi sahəsində
aidiyyəti qurumlarının əməkdaşlığının
genişləndirilməsinin vacibliyi qeyd edilmişdir
Ölkəmizdə səfərdə olan Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə K.Heydərov nazirlik və onun tabeliyində olan qurumlar, eləcə də onların fəaliyyəti haqqında məlumat vermiş, həmçinin nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə qonağı məlumatlandırmışdır.
R.Palaytis Azərbaycan ilə Litvanın fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlığının daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Qonaq Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanış olacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.-21 aprel.- S. 4.