Azərbaycan və Türkiyə arasında sərhəd təhlükəsizliyi sahəsində əlaqələr yüksək səviyyədədir

 

Aprelin 19-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında Dövlət Sərhəd Xidmətinin rəisi, sərhəd qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Erdal Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

DSX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, görüşdə qonaqlara Azərbaycanın sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətsiz qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilmişdir.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilmiş, hərbi əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-21 aprel.- S. 7.