Bakı-Xəzəryanı yeparxiyanın adı dəyişdirilərək Bakı-Azərbaycan yeparxiyası adlandırılmışdır

 

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə Bakı-Xəzəryanı yeparxiyanın adı dəyişdirilərək Bakı-Azərbaycan yeparxiyası adlandırılmışdır.

AzərTAc xəbər verir ki, bu qərar Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun iclasında qəbul edilmişdir. İclasda həmçinin Bakı-Xəzəryanı yeparxiyanın sərhədlərinin dəyişdirilməsi qərara alınmışdır.

Qəbul edilmiş qərara əsasən Vladiqafqaz Mahaçqala yeparxiyası yaradılmışdır. Onun tərkibinə Şimali Osetiya-Alaniya, Dağıstan, İnquşetiya Çeçenistan respublikalarının prixodları daxil edilmişdir.

Xatırladaq ki, Dağıstan Respublikasındakı prixodlar əvvəllər Bakı-Xəzəryanı yeparxiyanın tərkibinə daxil idi.

Sinodun qərarı ilə Bakı-Xəzəryanı yeparxiyanın yepiskopu müqəddəs Aleksandra Bakı Azərbaycan yepiskopu titulu verilmişdir.

Qərarda deyilir: "Müdəqqəs yepiskop Aleksandra Dağıstandakı prixodların pastır təminatına, pravoslav-müsəlman əməkdaşlığının iki ənənəvi dinin nümayəndələri arasında səmimi münasibətlərin dəstəklənməsinə görə təşəkkür bildirilsin".

 

 

Azərbaycan.- 2011.-21 aprel.- S. 7.