Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunaraq bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi vurğulandı. Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.- 2011.-22 aprel.- S. 1.