N.M.İsmayılovun
Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı təyin
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 124-cü maddəsinin II hissəsini
rəhbər tutaraq qərara alıram:
Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayonu İcra Hakimiyyətinin başçısı
təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 22 aprel.- S. 1.