Ölkədən getmək, ölkəyə gəlmək pasportlar haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasına gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. “Ölkədən getmək, ölkəyə gəlmək pasportlar haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹ 18, maddə 243; 1995-ci il, ¹ 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 5, maddə 385, ¹ 6, maddə 493; 1998-ci il, ¹ 2, maddə 70; 2000-ci il, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 378, ¹ 11, maddə 674; 2002-ci il, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2004-cü il, ¹ 7, maddə 505; 2005-ci il, ¹ 3, maddə 152, ¹ 10, maddə 874; 2006-cı il, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 3, maddə 219, ¹ 4, maddə 319, ¹ 11, maddə 933, ¹ 12, maddələr 1006, 1017, 1029; 2007-ci il, ¹ 7, maddə 712, ¹ 8, maddə 753, ¹ 11, maddə 1053; 2008-ci il, ¹ 3, maddə 158, ¹ 8, maddələr 699, 701, ¹ 10, maddə 886; 2009-cu il, ¹ 7, maddə 519; 2010-cu il, ¹ 3, maddə 166, ¹ 4, maddə 276; ¹ 11, maddə 935) aşağıdakı dəyişikliklər edilsin:

1. 13-cü maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

Turistlərə birdəfəlik giriş-çıxış üçün vizalar verilir. Belə vizalarda ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.”;

2. 14-cü maddədə:

2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

Viza almaq üçün əcnəbilər gəlişin məqsəd müddətini göstərməklə, viza verilməsi haqqında ərizə ilə (şəxsən ya nümayəndəsi vasitəsilə) ölkəsində ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə konsulluqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda isə birbaşa müvafiq icra hakimiyyəti orqanına müraciət edərək, tələb olunan sənədləri viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə qəbzi ərizəyə əlavə etməlidirlər. Viza rəsmiləşdirilməsi "Giriş-çıxış qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.”;

2.2. ikinci-dördüncü hissələr müvafiq olaraq səkkizinci-onuncu hissələr hesab edilsin aşağıdakı məzmunda ikinci-yeddinci hissələr əlavə edilsin:

Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər.

Turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilərlər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycan Respublikasının səfirliklərinə konsulluqlarına, Azərbaycan Respublikasının səfirlikləri konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilər üçün isə üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə konsulluqlarına müraciət edilir. Elektron qaydada viza almaq üçün səfirliklərin konsulluqların internet informasiya ehtiyatlarında yerləşdirilmiş elektron ərizə-anket doldurularaq, şəxsin pasportunun, fotoşəklinin, dövlət rüsumunun ödənilməsi haqqında qəbzin səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri ya turizm yollayışı, sərnişin bileti mehmanxanada, kempinqdə, turist bazasında ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiq edən sənəd) skan edilmiş surətləri elektron qaydada səfirliklərə konsulluqlara göndərilir. Sənədlər daxil olduqdan sonra onlara qanunvericiliklə müəyyən edilmiş qaydada müddətdə baxılır viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edənin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.

Elektron qaydada verilən viza pasporta yapışdırılmır sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən pasportda vizada şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.

Elektron qaydada verilən vizanın maşınla oxuna bilən xüsusi kodu olur. Elektron qaydada verilən viza blankının təsviri nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Turistlərə viza almaq üçün turizm şirkətləri şəxsin sənədlərini həmçinin poçt vasitəsilə Azərbaycan Respublikasının səfirliklərinə konsulluqlarına göndərə bilərlər. Sənədlər səfirliyə ya konsulluğa daxil olduqdan sonra onlara qanunvericiliklə müəyyən edilmiş qaydada müddətdə baxılır viza rəsmiləşdirilərək, şəxsin pasportu digər sənədləri (səfirlikdə ya konsulluqda qalmalı sənədlər istisna olmaqla) poçt vasitəsilə turizm şirkətlərinə qaytarılır. Viza verilməsindən imtina edildikdə, sənədlər müvafiq məktubla geri qaytarılır.

Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması dövlət rüsumunun məbləği, habelə Azərbaycan Respublikasının səfirlikləri konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirlikləri konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilir.”;

2.3. doqquzuncu hissənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin, hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

Turistlərə viza verilməsi haqqında ərizələrə müraciət edildiyi gündən ən geci on beş günü keçənədək baxılır.”.

II. Bu Qanun 2011-ci il iyunun 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2011-ci il.

 

Azərbaycan.- 2011.-22 aprel.- S. 2.