Məhkəmə qərarlarının icrası haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

“Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹3, maddə 122; 2006-cı il, ¹5, maddə 409, ¹7, maddə 590; 2007-ci il, ¹6, maddə 606; 2010-cu il, ¹7, maddə 610) aşağıdakı dəyişikliklər edilsin:

1. Fərmanın adında, preambulasında, 1-ci bəndinin ikinci, altıncı abzaslarında və 2-ci bəndinin ikinci abzasında “Məhkəmə qərarlarının icrası” sözləri “İcra” sözü ilə əvəz edilsin.

2. 2-ci bəndinə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“həmin Qanunun 84-1.1-ci maddəsinin ikinci cümləsində, 84-1.2-ci maddəsinin ikinci cümləsində və 86.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il.

 

Azərbaycan.- 2011.-22 aprel.- S. 2.