“Azərbaycan
Respublikasının Cəzaların
İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 388 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Məhkəmə nəzarətçiləri
və məhkəmə icraçıları haqqında”, “Məhkəmə
qərarlarının icrası haqqında” Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə,
İnzibati Xətalar Məcəlləsinə və Cəzaların
İcrası Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq qərara alıram:
“Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və həmin
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli
388 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹8, III kitab,
maddə 611; 2002-ci il, ¹8, maddə 478; 2008-ci il, ¹3, maddələr
168, 170, ¹7, maddə 618) 3-cü bəndinin beşinci
abzasında “və 166.2-ci” sözləri “, 166.2-ci və 173.1-ci”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2011-ci il.
Azərbaycan.- 2011.-22 aprel.- S. 2.