Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 22
aprel tarixli 744 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Məhkəmə nəzarətçiləri
və məhkəmə
icraçıları haqqında”,
“Məhkəmə qərarlarının
icrası haqqında” Azərbaycan Respublikasının
qanunlarına, Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinə, İnzibati
Xətalar Məcəlləsinə
və Cəzaların
İcrası Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 22
aprel tarixli 744 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2008-ci il, ¹4, maddə
258, ¹12, maddə 1058; 2009-cu il, ¹2, maddə 75, ¹7, maddə 532, ¹8, maddə
618, ¹10, maddə 776; 2010-cu il,
¹2, maddə 88, ¹7, maddə
610, ¹8, maddə 717, ¹9, maddə
770) ilə təsdiq edilmiş “Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemi
haqqında Əsasnamə”yə
aşağıdakı məzmunda
8.6.1.6-cı bənd əlavə
edilsin:
“8.6.1.6. məhkəmə qərarı
əsasında verilmiş
icra sənədinin könüllü icra üçün müəyyən
olunmuş vaxtda üzrsüz səbəbdən
icra edilməməsinə
görə məhkəmənin
qərarı ilə ölkədən getmək
hüququ müvəqqəti
məhdudlaşdırılan şəxslər haqqında;”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 aprel 2011-ci il.
Azərbaycan.- 2011.-22 aprel.- S. 3.