Andrey Klyuyev: Azərbaycan və
Ukrayna qardaş ölkələrdir
Azərbaycan və Ukrayna qardaş ölkələrdir. Bizim əlaqələr çox sıxdır. Prezidentlərimizin də münasibətləri çox yaxşıdır. AzərTAc xəbər verir ki, bu sözləri aprelin 21-də Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyev demişdir.
Bakıya Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın 9-cu iclasında iştirak etmək üçün gəldiyini deyən A.Klyuyev vurğulamışdır ki, iclasda ticarət və iqtisadiyyata dair bir sıra məsələlər müzakirə olunacaqdır. Azərbaycan və Ukrayna arasında enerji, maşınqayırma, kənd təsərrüfatı sahələrində qarşılıqlı maraq vardır. Ötən ilin yekunları üzrə Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 84 faiz artmışdır. Bu, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin böhrandan əvvəlki səviyyəyə çatdığını göstərir.
Azərbaycan.- 2011.-22 aprel.- S. 3.