Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsi regional
inkişafa ən böyük maneədir
Türkiyənin Cənubi Qafqaz ilə bağlı siyasi kursu regionda uzunmüddətli, hərtərəfli
sülhün bərqərar
olunmasına yönəlmişdir.
AzərTAc xəbər verir ki, bu
sözləri Türkiyənin
xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın
"Arminfo" informasiya
agentliyinə müsahibəsində
demişdir.
Biz daha çox regional inteqrasiya şəraitində, xalqların
mənafeyi naminə təhlükəsiz gələcəyin
formalaşmasına diqqətimizi
yönəltmək istəyirik,
- deyən Türkiyənin
xarici siyasət idarəsinin rəhbəri
Dağlıq Qarabağ
münaqişəsinin bu
istiqamətdə ən
böyük problem olduğunu vurğulamışdır.
Ə.Davudoğlu demişdir
ki, bu konteksdə
regionda sülhün və təhlükəsizliyin
mövcudluğuna əsas
mane olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində əməli
addımlar atmaq lazımdır. Türkiyənin
məqsədi Cənubi
Qafqazda hərtərəfli
sülh atmosferi yaratmaqdır.
Türkiyəli nazir vurğulamışdır ki,
ATƏT-in Minsk qrupu təxminən 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc
yolla nizamlanmasına çalışmışdır. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi konstruktiv mövqeyini nəzərə alaraq Türkiyə ümid edir ki, 2011-ci il martın 5-də Soçidə keçirilmiş
üçtərəfli görüş
danışıqlar prosesində
irəliləyiş üçün
əhəmiyyətli olacaqdır.
Ankara bu yüksək səviyyəli
görüşdə qəbul
edilmiş bəyannaməni
alqışlayır və
ümid edir ki, yaxın gələcəkdə növbəti
müsbət addımlar
atılacaqdır.
Azərbaycan.- 2011.-22 aprel.- S. 3.