Prezident İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı rayonların qazlaşdırılmasına xüsusi diqqət yetirilir

 

Aprelin 21-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev başda olmaqla qurum rəhbərliyinin nümayəndələri Ağdam rayonunda olmuşlar.

AzərTAc xəbər verir ki, şirkətin rəhbərliyi əvvəlcə Quzanlı qəsəbəsində inşa olunmuş Bayraq meydanının açılışında iştirak etmişdir. Soltanpud təpəsi üzərində ucaldılmış bayraq qülləsinin hündürlüyü 45 metrdir. Bayraq meydanında park salınmış, müasir işıqlandırma sistemi qurulmuş abadlıq işləri görülmüşdür.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov təhsil şöbəsinin müdiri Elmira Şükürova ARDNŞ tərəfindən rayonda görülmüş işlərə görə minnətdarlıq etmiş Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağına əminliklərini bildirmişlər.

Obyektin tikintisindən razı qaldığını deyən R.Abdullayev demişdir ki, ARDNŞ-in maliyyə vəsaiti hesabına artıq bir neçə rayonda bayraq meydanları tikilərək istifadəyə verilmişdir. Ölkəmizin bölgələrində belə obyektlərin inşa edilməsinin insanların vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyəti vardır.

Dövlət bayrağı Dövlət himninin sədaları altında aramla səmaya - dirəyin zirvəsinə qaldırılmışdır.

R.Abdullayev AFFA tərəfindən respublikanın müxtəlif bölgələrində tətbiq olunan "Elit Məşq" layihəsi çərçivəsində Quzanlıdakı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən məşqləri izləmişdir. "Elit Məşq" layihəsinin Ağdam, Tərtər, Ağcabədi Bərdə rayonları üzrə AFFA tərəfindən təyin olunmuş əlaqələndiricisi, futbol veteranı Elbrus Abbasov keçirilən məşqlər, layihəyə cəlb olunan uşaqlar barədə AFFA prezidentinə ətraflı məlumat vermişdir.

R.Abdullayev bu layihə sayəsində xeyli istedadlı uşağın üzə çıxarılacağına, milli komandalarımızın klublarımızın üzvlərinə çevriləcəyinə inandığını bildirmiş, məşqçilərə uşaqlara uğurlar arzulamışdır.

Sonra ARDNŞ prezidenti Ağdam rayon qaz istismar sahəsi üçün inşa edilmiş inzibati binanın açılışında iştirak etmişdir. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları binanın otaqlarını gəzmiş, işçilər üçün yaradılmış şəraitlə tanış olmuşlar. Şirkətin rəhbəri binanın istifadəyə verilməsi münasibətilə qaz istismar sahəsi əməkdaşlarını təbrik etmiş, onlara uğurlar arzulamışdır.

ARDNŞ rəhbərliyi Ağdam rayonunun Dördyol-1, Dördyol-2, Təzəkənd qəsəbələrinə, Hacıməmmədli, Evoğlu, Təzəkənd Qaradağlı kəndlərinə təbii qazın verilməsi mərasimlərində iştirak etmişdir. İctimaiyyət nümayəndələri sakinlər qarşısında çıxış edən R.Abdullayev "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən ölkədə həyata keçirilən genişmiqyaslı tikinti-quraşdırma təmir-bərpa işlərindən, yaşayış massivlərinin qazlaşdırılması məqsədilə görülən tədbirlərdən danışmışdır. Prezident İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı rayonların qazlaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edən R.Abdullayev Ağdam rayonunda əhalinin təbii qazla təmin olunması istiqamətində görülən işlərdən ətraflı danışmışdır. Bildirmişdir ki, rayonun 43 faizi tam qazlaşdırılmışdır. İndiyədək "Azəriqaz" İB tərəfindən Ağdam rayonunda 236,1 kilometr uzunluğunda polietilen boru, 109,3 kilometr uzunluğunda evdaxili metal qaz xətləri çəkilmişdir. Ötən il rayonun Quzanlı, Quzanlı-1, Qasımbəyli, İmamqulubəyli qəsəbələrində, Çullu Eyvazlı kəndlərində 3 min 53 abonent təbii qazla təchiz olunmuşdur. R.Abdullayev bu gün daha 7 kənd qəsəbənin təbii qazla təmin olunmasını Azərbaycan dövləti tərəfindən cəbhə bölgəsində yaşayan əhaliyə diqqət qayğı kimi qiymətləndirmişdir. O, Ağdam digər bölgələrin qazlaşdırılmasının davamlı olacağını bildirmişdir.

Yeni qazlaşdırılmış kənd qəsəbələrin sakinləri ilə görüşlərdə ilin 4 ayında Ağdamda daha 2 min 414 abonent üçün daşıyıcı evdaxili qaz xətlərinin çəkilərək istismara hazır vəziyyətə gətirilməsi razılıq hissi ilə qeyd olunmuşdur.

Kəndlərə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır. Rayon sakinləri onlara göstərilən diqqət qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2011.-22 aprel.- S. 3.