Mədəniyyətlərarası Dialoq Forumunun bir qrup iştirakçısı Astarada olmuşdur

 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir qrup iştirakçısının Astarada olması rayonun tarixində parlaq səhifə kimi yaddaşlarda qalacaqdır. Qonaqların Astara Pedaqoji Kollecində tələbə müəllim kollektivi ilə səmimi görüşü, onların qarşısında aktual mövzularla çıxış etməsi, forumun məqsəd məramı barədə fikirləri respublikanın 30-dan artıq şəhər rayonundan gəlmiş gənclərin qəlbində silinməz izlər buraxacaqdır.

Qonaqlar ulu öndər Heydər Əliyevə böyük ehtiram əlaməti olaraq onun abidəsini ziyarət etmiş təzə-tər çiçək dəstələrini abidənin önünə qoymuşlar. Heydər Əliyev Mərkəzində şəkil, stend eksponatlara baxan qonaqlar Mərkəzə xeyli sayda kitab hədiyyə etmişlər. Astara Rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev qonaqları qəbul etmiş rayona gəldiklərinə görə onlara öz minnətdarlığını bildirmişdir.

Qonaqların Astarada olduğu günlərdə rayonumuzun, eləcə Cənub zonasının tarixi, mədəniyyət abidələri ilə tanışlığı, təbii mənzərəli yerlərini gəzmələri, füsunkar təbiətimizin canlı nümunələrinə xalqımızın adət-ənənələrinə, hədsiz qonaqpərvərliyinə, istiqanlılığına yaxından bələdçilikləri onlarda bütövlükdə Azərbaycan haqqında olan fikirlərin yeniləşməsinə gətirib çıxaracaqdır. Qədim Azərbaycan torpağı olan Astara rayonunun Miki kəndində uzun əsrlərin sınağından keçib bu günə qədər gəlib çıxan maddi-mənəvi abidələrlə tanişlıq onlarda daha dərin təəssürat oyatdı. Qonaqlar sərhəd xəttində olmuş, Astara Gömrük İdarəsinin iş fəaliyyətini yaxından izləmişlər.

Astara Pedaqoji Kollecində qonaqlarla tələbə müəllim kollektivinin görüşü keçirilmişdir. Tələbə müəllimlər qarşısında çıxış edən qonaqlar Azərbaycan xalqına, dövlətinə öz isti münasibətlərini bildirdilər. Söylədilər ki, mədəniyyətlərarası dialoq insanları bir-birlərinə yaxınlaşdırır bu beynəlxalq forumun Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu günsə Beynəlxalq Forum Astarada - Astara Pedaqoji Kollecində davam edir. Görüşdə kollecin direktoru Ə.Həmzəyev, qonaqlar çıxış etdilər. Kollecin müəllimlərindən şöbə müdirləri Nəsir Süleymanov, Əliheydər Həmzəyev musiqi müəllimi Aybəniz Dadaşova qonaqları hərarətlə salamladı, onlara kollecə gəldiklərinə görə minnətdarlıq etdilər.

Tədbirdə Bakı şəhərində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təkcə region üçün deyil, həm bütün dünya üçün böyük əhəmiyyətə malik olduğu xüsusi vurğulandı. Forumun yüksək səviyyədə təşkili keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri həqiqətən dünyanın mədəniyyət mərkəzlərindən biridir. Belə görüşlərin keçirilməsi çox faydalıdır müasir dünya üçün lazımlıdır. Həqiqətən insanların daha çox ünsiyyət qurması bir-birini daha yaxından tanımaları zəruridir.

Qonaqlar çıxışlarında birmənalı olaraq vurğuladılar ki, onlar ölkəmizdə gördüklərini bütün dünyaya yayacaq Azərbaycan həqiqətlərini hər yerdə obyektiv olaraq təbliğ edəcəklər. Qeyd etdilər ki, bugünə qədər Azərbaycan haqqında indiki qədər biliyə malik deyildilər. Belə tədbirlər dünyanın Azərbaycanı həqiqətdə olduğu kimi tanımasına böyük töhfələr verir.

 

 

Azad ABDULLAYEV

 

Azərbaycan.- 2011.- 22 aprel.- S. 7.