Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin
görüşü olmuşdur
Rusiya paytaxtında Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü olmuşdur. RF XİN İnformasiya və Mətbuat Departamentindən bildirmişlər ki, Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyan arasında işçi görüş keçirilmişdir. Görüşün gündəliyinə bu il martın 5-də Soçidə üçtərəfli sammitin gedişində əldə edilmiş razılaşmalara uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar aktual məsələlər daxil idi.
Görüş mətbuatın iştirakı olmadan bağlı qapılar arxasında keçmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2011.-23 aprel.- S. 4.