Kubanın mədəniyyət naziri: Bakı forumu tolerantlıq mədəniyyətinin inkişafına böyük töhfədir

 

Zənnimcə, Azərbaycanın bu təşəbbüsü zəmanəmiz üçün çox əhəmiyyətli aktualdır. Cəmiyyətdə tolerantlığın formalaşması, millətlərarası ünsiyyətin inkişafı mədəniyyət vasitələrinin köməyi ilə ksenofobiyaya qarşı mübarizə baxımından Bakı forumunun əhəmiyyəti böyükdür. Dünya mədəniyyətinə aparan əsas yol məhz tolerantlıqdır. Bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində Kuba Respublikasının mədəniyyət naziri Abel Priyeto Ximenes bildirmişdir.

Aprelin 7-dən 9-dək Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çoxsaylı iştirakçılarından biri olan Abel Priyeto Ximenes onu da bildirmişdir ki, özgür mədəniyyətə, ənənələrə zəngin tarixə malik Azərbaycanın bu təşəbbüsü mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfədir.

Qonaq demişdir: "Qeyd etmək istəyirəm ki, mədəniyyət əsrlər boyu xalqların şüurunda etnik dini azlıqlara münasibətdə formalaşmış stereotiplərə qarşı ən başlıca mübarizə üsuludur. Stereotip təfəkkürdə zərərli təsir göstərən, xalqlar arasında münasibətləri pisləşdirən əsl şər gizlənir. Zənnimcə, neofaşistlərə, irqçilərə, separatçılara qəti müqavimət göstərmək zamanı gəlmişdir. Bu baxımdan Azərbaycan əlverişli geosiyasi vəziyyəti sayəsində həmin prosesdə böyük rol oynaya bilər. Mən təşkilatçılara minnətdarlığımı bildirirəm bu təşəbbüsü alqışlayıram".

 

 

Azərbaycan.- 2011.-23 aprel.- S. 4.