"Biyiktik" nəşriyyatı
görkəmli Azərbaycan
yazıçısı Mir
Cəlalın üçcildlik
əsərlərinin nəşrinə
görə "Altın
Mukaba" Qran-prisinə
layiq görülmüşdür
Qırğızıstan paytaxtında
"Kitab sənəti"
illik respublika müsabiqəsinə yekun
vurulmuşdur. Müsabiqə
Ümumdünya Kitab və Müəllif Hüququ Gününə
həsr edilmişdir. YUNESKO-nun Baş Konfransının qətnaməsinə əsasən
1995-ci ildən başlayaraq
hər il aprelin 23-də qeyd edilən bu bayram Qırğızıstan
hökumətinin "Kitab
gününün müəyyən
edilməsi haqqında"
qərarına uyğun
olaraq 2002-ci ildən qeyd edilir.
Müsabiqəyə bədii,
ictimai-siyasi, elmi, elmi-kütləvi və texniki nəşrlər, habelə ensiklopediyalar, sorğu kitabları, fotoalbomlar təqdim edilmişdir. "Biyiktik"
nəşriyyatı görkəmli
Azərbaycan yazıçısı
Mir Cəlalın üçcildlik əsərlərinin
nəşrinə görə
"Altın Mukaba"
Qran-prisinə və pul mükafatına layiq görülmüşdür.
Müsabiqənin məqsədi
milli kitab nəşrini populyarlaşdırmaq,
kitab tərtibatı sənətini inkişaf etdirmək, kitabların illüstrasiya edilməsinə
gənc və istedadlı dizaynerləri cəlb etməkdir. Nəşrlər müsabiqəyə
yaradıcılıq ittifaqları,
elmi idarələr, tədris müəssisələri,
ictimai təşkilatlar,
poliqrafiya müəssisələri
və nəşriyyatlar
tərəfindən təqdim
edilmişdir.
Mədəniyyət və
İnformasiya Nazirliyində
keçirilən mükafatların
təqdim edilməsi mərasimində nazir Nurlanbek Şakiyev, yazıçılar, ictimaiyyətin
nümayəndələri, naşirlər, kitabxana işçiləri iştirak
etmişlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan yazıçısı Mir
Cəlalın üçcildlik
əsərləri qırğız
dilinə Türkdilli Dövlətlərin Siyasətinə
Dəstək Fondunun sifarişi və maliyyə dəstəyi ilə "Biyiktik" nəşriyyatı tərəfindən
tərcümə edilmişdir.
Bu barədə AzərTAc-a fondun prezidenti Nüsrət Məmmədov məlumat vermişdir.
Azərbaycan.- 2011.-23 aprel.- S. 6.