"Asiyada Qarşılıqlı Fəaliyyət
və Etimad Tədbirləri üzrə
Müşavirənin Katibliyinin,
onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin
imtiyaz və immunitetləri haqqında"
Konvensiyanın təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında" 2010-cu il iyunun 8-də İstanbul şəhərində imzalanmış Konvensiya təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2011-ci il
Azərbaycan.- 2011.-24 aprel.- S. 1.