"Azərbaycan
Respublikası Hökuməti
və Latviya Respublikası Hökuməti
arasında fövqəladə
halların qarşısının
alınması və aradan qaldırılması
sahəsində əməkdaşlıq
haqqında" Sazişin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" 2011-ci il yanvarın 17-də Riqa şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 mart 2011-ci il
Azərbaycan.- 2011.-24 aprel.- S. 1.