Azərbaycan Respublikası
Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin
4-cü bəndinə uyğun olaraq, Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan
Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin
2011-ci il yanvarın 17-də Riqa şəhərində
imzalanmış Birgə Bəyannaməsi təsdiq edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2011-ci il.
Azərbaycan.- 2011.-24 aprel.- S. 1.