“Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹12, maddə 740; 2002-ci il, ¹12, maddə 706; 2003-cü il, ¹1, maddə 23, ¹8, maddə 428, ¹12, I kitab, maddələr 676, 698; 2005-ci il, ¹1, maddə 1, ¹6, maddə 462, ¹8, maddə 684, ¹10, maddələr 873, 905, ¹12, maddə 1083; 2006-cı il, ¹3, maddələr 223, 225, ¹6, maddə 481, ¹12, maddələr 1015, 1029; 2007-ci il, ¹2, maddə 80, ¹12, maddə 1203; 2008-ci il, ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə 602, ¹12, maddə 1047; 2009-cu il, ¹1, maddə 5, ¹2, maddə 56, ¹3, maddə 160, ¹7, maddə 519, ¹12, maddə 947; 2010-cu il, ¹4, maddə 276, ¹6, maddə 485, ¹10, maddə 840; Azərbaycan Respublikasının 2010-cu il 30 dekabr tarixli 39-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 2.0.3-1-ci maddə əlavə edilsin:
“2.0.3-1. sənədə apostil verilməsi;”;
2. 6-cı maddənin mövcud mətni 6.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
“6.2. Dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.”;
3. aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:
“Maddə 13-1. Müvafiq sənədə apostil verilməsi üçün
tutulan dövlət rüsumunun
dərəcəsi
Dövlət rüsumu
tutulmalı olan hərəkətlər |
Dövlət
rüsumunun məbləği |
1 |
2 |
Müvafiq sənədə apostil verilməsi |
10 manat |
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il.
Azərbaycan.-
2011.- 24 aprel.- S. 2.