Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 4, II kitab, maddə 251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003-cü il, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə 598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005-ci il, ¹ 1, maddə 3, ¹ 6, maddə 462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006-cı il, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008-ci il, ¹ 6, maddələr 454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr 1047, 1049; 2009-cu il, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 953; 2010-cu il, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 07, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 302.2-ci maddədə “informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi” sözləri “gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 302.3-cü maddə əlavə edilsin:

“302.3. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə -

min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2011-ci il.

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 2.