"TRASEKA multimodal daşımalarının inkişafı haqqında"Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"TRASEKA multimodal daşımalarının inkişafı haqqında" 2009-cu il iyunun 16-da Çolpon-Ata şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2011-ci il

 

Azərbaycan.- 2011.-24 aprel.- S. 2.