“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci
bəndinə əsasən qərara alır:
“Su təchizatı və
tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 2; 2007-ci, ¹5, maddə
436; 2008-ci il, ¹5, maddə 348; 2009-cu il, ¹10, maddə 768; 2010-cu
il, ¹5, maddə 374) aşağıdakı dəyişikliklər
edilsin:
1. 13-cü maddənin
2-ci bəndi çıxarılsın.
2. 23-cü maddədə:
2.1. 1-ci bəndin “b” yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın.”.
2.2. 2-ci bəndin “b” yarımbəndi çıxarılsın.
3. 23-cü maddəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:
“5. İstehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
4. 31-ci maddədə:
4.1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1. Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir.”.
4.2. 2-ci bənd çıxarılsın.
5. 60-cı maddənin
1-ci bəndinin ç) yarımbəndində
“ödəmə” sözündən
sonra “(fiziki şəxs olan istehlakçılar istisna
olmaqla)” sözləri
əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 mart 2011-ci il.
Azərbaycan.- 2011.-24 aprel.- S. 3.