“Əməliyyat-axtarış
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
“Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999-cu il, ¹ 11, maddə 612; 2002-ci il, ¹ 5, maddə 250, ¹ 6, maddə
328; 2004-cü il, ¹ 3, maddə 133; 2005-ci il, ¹ 12, maddə 1079;
2006-cı il, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12, maddə
1005; 2007-ci il, ¹ 6, maddə 560; 2008-ci il, ¹ 4, maddə 252, ¹ 6,
maddə 462; 2010-cu il, ¹ 3, maddə 172, ¹ 6, maddə 487)
aşağıdakı dəyişikliklər edilsin:
5-ci maddə üzrə:
1.1. I hissə
aşağıdakı redaksiyada verilsin:
“I. Əməliyyat-axtarış
fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat
orqanları, korrupsiya ilə bağlı cinayətlər
üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış prokurorluq orqanı həyata
keçirir.”;
1.2. II hissədə
“hansı təhqiqat orqanı” sözləri “əməliyyat-axtarış
fəaliyyətinin hansı subyekti” sözləri ilə əvəz
edilsin;
1.3. III hissədə “Təhqiqat
orqanlarının” sözləri “Əməliyyat-axtarış
fəaliyyəti subyektlərinin” sözləri ilə əvəz
edilsin;
1.4. IV hissədə
“müvafiq icra hakimiyyəti orqanları” sözlərindən
sonra “və ya korrupsiyaya qarşı mübarizə sahəsində
ixtisaslaşmış prokurorluq orqanı” sözləri əlavə
edilsin;
1.5. aşağıdakı
məzmunda V hissə əlavə edilsin:
“V. Korrupsiya ilə
bağlı cinayətlər üzrə əməliyyat-axtarış
tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə
sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud
həmin prokurorluq orqanının yazılı
tapşırığı əsasında təhqiqat
orqanları həyata keçirirlər.”.
2. 20-ci maddə üzrə:
2.1. I hissəyə
aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilsin:
“Korrupsiyaya qarşı
mübarizə sahəsində ixtisaslaşmış prokurorluq
orqanının əməliyyat-axtarış fəaliyyətini
yerinə yetirməsi zamanı qanunların icrasına nəzarəti
Azərbaycan Respublikasının Baş prokuroru həyata
keçirir.”;
2.2. III hissədə
“prokurora” sözü “prokuror nəzarətinin subyektinə”
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2011-ci il.
Azərbaycan.- 2011.-24 aprel.- S. 3.