2011-ci il martın 2-də Bakı şəhərində imzalanmış
"Azərbaycan Respublikası
Müdafiə Nazirliyi və Sloveniya Respublikası Müdafiə
Nazirliyi arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında
Saziş"in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il martın 2-də Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Müdafiə
Nazirliyi və Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq
haqqında Saziş"
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Müdafiə Nazirliyinə
tapşırılsın ki,
bu fərmanın 1-ci hissəsində göstərilən
sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu fərmanın
1-ci hissəsində göstərilən
sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Sloveniya Respublikası tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
20 aprel 2011-ci il
Azərbaycan.- 2011.- 24 aprel.- S. 1.