2011-ci il martın 11-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Gürcüstanın Milli Bankı arasında qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il martın 11-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Gürcüstanın Milli Bankı arasında qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu fərmanın 1-ci hissəsində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Gürcüstan tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il

 

Azərbaycan.- 2011.- 24  aprel.- S.  1.