“Əməliyyat-axtarış
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi və “Bəzi fəaliyyət növlərinə xüsusi
razılıq (lisenziya)
verilməsi qaydalarının
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 2 sentyabr tarixli
782 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2011-ci il 4 mart tarixli 77-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılsın ki,
iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Əməliyyat-axtarış
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2011-ci il 4 mart tarixli 77-IVQD nömrəli
Qanununa uyğunlaşdırılmasına
dair təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən
edilsin ki, “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Azərbaycan
Respublikası Qanununun
10-cu maddəsinin IX hissəsində
göstərilən gizli
qaydada informasiya alınması üçün
nəzərdə tutulmuş
texniki vasitələrin
dövriyyəsinə (onların
istehsalına, satışına,
əldə edilməsinə,
ölkəyə gətirilməsinə
və ölkədən
çıxarılmasına) xüsusi icazə “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin
tənzimlənməsi sahəsində
əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə müəyyən edilmiş
qaydada Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi
tərəfindən verilir.
3. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 555; 2003-cü il, ¹ 3, maddə 153, ¹ 10, maddə 570; 2005-ci il, ¹ 2, maddə 69, ¹ 4, maddələr 301, 307, ¹ 8, maddə 721, ¹ 10, maddə 919, ¹ 12, maddələr 1104, 1117; 2006-cı il, ¹ 7, maddə 591, ¹ 9, maddə 743, ¹ 11, maddə 945, ¹ 12, maddə 1057; 2007-ci il, ¹ 6, maddə 618, ¹ 8, maddələr 759, 765, ¹ 10, maddə 943, ¹ 11, maddələr 1098, 1106; 2008-ci il, ¹ 8, maddə 718, ¹ 9, maddə 799, ¹ 11, maddə 969, ¹ 12, maddə 1059; 2009-cu il, ¹ 2, maddə 64, ¹ 3, maddə 163, ¹ 8, maddələr 619, 621, ¹ 10, maddə 785, ¹ 11, maddə 884; 2010-cu il, ¹ 2, maddə 80, ¹ 3, maddə 180, ¹ 9, maddə 776, ¹ 12, maddə 1061; Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 381 nömrəli Fərmanı) 2 nömrəli əlavənin – “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 12-ci bəndi çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 aprel 2011-ci il.
Azərbaycan.- 2011.-24 aprel.- S. 3.