2011-ci il martın 1-də Rabat
şəhərində imzalanmış "Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi və Mərakeş
Krallığı Gənclər və İdman Nazirliyi arasında
gənclər və idman sahələrində Əməkdaşlıq
Protokolu"nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 2011-ci il martın 1-də
2. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinə
tapşırılsın ki, bu Fərmanın 1-ci hissəsində
göstərilən Protokolun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Fərmanın 1-ci hissəsində
göstərilən Protokolun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Mərakeş
Krallığı tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2011-ci il
Azərbaycan.- 2011.-24 aprel.- S. 3.