"Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2011-ci il 18 mart tarixli 91-IVQD nömrəli qanununun tətbiqi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 18
mart tarixli 91-IVQD nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan irəli
gələn digər məsələləri həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi qüvvədə
olan normativ xarakterli aktların "Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı
müvafiq tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2011-ci il
Azərbaycan.- 2011.-24 aprel.- S. 3.