ABŞ Prezidenti Barak Obama ermənilərin müraciətinə rədd cavabı vermişdir

 

AzərTAc xəbər verir ki, ABŞ-da yaşayan erməni icması Prezident Barak Obamaya məktub göndərərək xahiş etmişdir ki, ölkənin qərbindəki Montebello şəhərində qondarma "erməni soyqırımı"na ucaldılmış abidəni ziyarət etsin.

Lakin Ağ ev administrasiyası Prezidentin iş qrafikində bu məsələnin nəzərə alınmadığını əsas gətirərək müraciətə rədd cavabı vermişdir.

ABŞ-dakı Erməni Milli Konqresi Ağ evin rədd cavabına etiraz aksiyası keçirmişdir. Aksiyada konqresin sədri Endryu Kiziryan Barak Obamanın 2008-ci ildə seçkiqabağı kampaniyası zamanı ermənilərə verdiyi vədini yerinə yetirmədiyini və bu illər ərzində "genosid" sözünü dilinə gətirmədiyinə görə məyusluğunu ifadə etmişdir.

 

 

Azərbaycan.- 2011.- 24 aprel.- S. 4.