Günahsızlığa
atılan güllələr
Martın 8-də vəhşi bir erməni snayperinin Ağdamın işğal altında olan Şıxlı kəndi istiqamətindən açdığı qəfil atəş Orta Qərvənd kəndində Fariz Bədəlov adlı 9 yaşlı uşağın ömrünə son qoydu. Bu dəhşətli hadisə erməni separatçılarının 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda və işğala məruz qoyduqları digər ərazilərimizdə dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri amansız qətliamları bir daha gözlərimiz önündə canlandırdı. Nə idi bu günahsız insanların günahı? Körpələrə əl qaldırmaq, onların şirin gülüşlərini acı göz yaşlarına çevirmək tarix boyu ən böyük cinayət sayılıb.
Çünki təmizlik və büllurluq mücəssəməsi olan körpə qığıltısını, şaqraq uşaq gülüşünü dünyanın ən ilahi simfoniyası adlandırıb dahilərimiz.
Ermənilər son iki əsrdə minlərlə ilahi körpəmizin qətlinə fərman veriblər. Gəlin bir daha tarixə müraciət edək. Bu qatillər 1918-ci ilin martında Şamaxı qəzasının təkcə Qubalı kəndində 135 uşağı vəhşicəsinə qətlə yetirmişlər. Əksəriyyəti südəmər körpələr olan uşaqların kütləvi surətdə öldürülməsi bəşər tarixində görünməmiş hadisə idi. Azərbaycan Dövlət Arxivinin materiallarında göstərilir ki, ermənilər Şamaxının Qaravəlli kəndində bir güllə belə sərf etmədən onlarca körpəni diri-diri tonqallarda yandırmışlar. Erməni quldurları qəzanın Ağabəyli kəndində bir yerə topladıqları azərbaycanlı uşaqları öldürməzdən əvvəl itləri onların üstünə qısqırtmış, itlər onları parçaladıqdan sonra üstlərinə benzin tökərək yandırıb külə döndərmişlər. Şamaxının Ərəb Qədim kəndində 78 azərbaycanlı uşağı su quyularına doldurub üstdən ağır daşlarla vuraraq öldürmüşlər. Şahidlərin ifadələrinə görə, Şamaxının Təkəli kəndində yaşlılarla birlikdə 150 uşağı da vəhşicəsinə qətlə yetirmişlər. Onların bəzilərini iri mismarlarla sinələrindən divara mıxlamış, iti qılınclarla başlarını üzmüş, gözlərinin gilələrini oyub çıxarmış, bəzilərini isə analarının qucağındaca süngülərə keçirib, onların gözləri önündə tikə-tikə doğrayaraq qaladıqları tonqallarda yandırmışlar. Azğınlaşmış erməni quldurları Şamaxının Bağırlı kəndində əlləri və ayaqları kəndirlə bağlanmış kişilərin gözləri önündə 150 qadının başlarını kəsmiş, qollarını və ayaqlarını doğramış, 140 uşağı isə edam etmişlər. Azərbaycan Fövqəladə Tədqiqat Komissiyasının məlumatında deyilir ki, Artyom Avanesovun başçılıq etdiyi erməni quldur birləşmələri Xaçmazdan Qubayadək bütün yol boyu yerli azərbaycanlı əhaliyə qanlı divan tutmuşlar. Erməni cəlladlar qorxudan qışqıra-qışqıra qaçan uşaqları təqib edərək tutub bədənlərini süngülərlə deşik-deşik edir, xəncərlə başlarını üzürdülər. Dəstənin başçısı Hamazasp qürur hissilə deyirdi ki, o, "uşaqlı-böyüklü bütün müsəlmanları məhv etməklə "etnik təmiz zona" yaratmaq əmri" alıb. Bu əmrin sahibi isə məşhur tədqiqatçı Qəribinin 1920-ci ildə Tiflisdə nəşr etdirdiyi "Qırmızı kitab"da yazdığı kimi, "erməni xalqının dəhşətli bəlası, bütün Kiçik Asiya, xüsusilə Zaqafqaziya xalqlarının müsibəti "Daşnaksütyun" erməni terror təşkilatı idi". Qurani-Kərimdə deyildiyi kimi, "bir insanın qanını tökmək, bütün bəşəriyyəti məhv etməyə bərabərdir". Bəs hamilə qadınların qarnını cırıb, oradan hələ doğuluş vaxtı çatmamış uşaqları çıxarana, südəmər körpəni beşiyindəcə bıçaqla doğram-doğram edənə, həddi-buluğa çatmamış uşaqların başlarını bir qılınc zərbəsi ilə bədənlərindən ayırana nə ad verək? Vəhşimi, cəlladmı, qaniçənmi? Ermənilərin ağlasığmaz cinayətləri önündə bu sözlərin məna tutumu azdır axı. "Türkü harada gördün öldürməlisən" fikri Daşnaksütyun partiyasının nizamnaməsinin özəyini təşkil edir. Görün o qatil millətin törətdiyi vəhşiliklər nə həddə çatmışdı ki, "parçala, hökm sür" siyasəti yeridən çar Rusiyası belə bu qatı terrorçu qurumun fəaliyyətinə qadağa qoymuşdu. Lakin təəssüflər olsun ki, ən dəhşətli cinayətkar aksiyaları ilə bəşəriyyəti lərzəyə gətirən, törətdiyi təsvirəgəlməz vəhşiliklərə görə fəaliyyəti dondurulmuş Daşnaksütyun bu gün hakimiyyət kürsüsündədir və bəşəriyyətin gözü qarşısında yenə dünya boyu meydan sulamaqda, üstəgəl işğala məruz qoyduğu Azərbaycan ərazilərini terror beşiyinə, silahlı təlimlər yuvasına, narkotik bitkilər zonasına və uşaqların daxili orqanlarının satış mərkəzinə çevirib.
Yenə tarixə üz tutaq. Azərbaycan Respublikası Dövlət Arxivinin məlumatlarına görə, erməni terror birləşmələri 1918-ci ilin yayında və payızında Zəngəzur qəzasında 7729 azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. Onların 2196-sı uşaq idi. Ermənilər yenə həmin ilin ortalarında Qəbələ qəzasında kiçik bir avar kəndini ələ keçirib, yerli əhaliyə divan tutarkən uşaqlara daha qəddar üsullarla işgəncə vermişlər. Akademik Budaq Budaqovun "Vətən yanğısı" məqaləsində deyildiyi kimi, erməni vandalları onlarca avar uşağının gözlərini çıxarmış və gilələrini sapa düzərək boyunbağı kimi analarının boynundan asmışlar. Movses Xorenats 1990-cı ildə İrəvanda nəşr olunmuş "Erməni tarixi" kitabında özlərinin yaratdıqları qondarma "erməni allahı" adından millətinə məsləhət görürdü ki, "onlar hər bir türkü doğulduğu gündən ölümə məhkum etsinlər". Erməni qatillərin belə murdar bir ideya ilə yaşadığını Yuri Pompeyev özünün 1992-ci ildə çap olunmuş "Qarabağ burulğanı" kitabında da təsdiq edir. 1989-cu il oktyabrın 5-də Ağdamın Kərkicahan qəsəbəsindən olan və baş nahiyələrindən odlu silahla yaralanmış 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov qardaşları Ağdam rayon xəstəxanasına gətirilmişdi. Uşaqlar Xankəndidə erməni saqqallılarının şəhərin yaxınlığında azərbaycanlıların yaşadığı qəsəbəyə vəhşicəsinə hücumu zamanı yaralanmışdılar. Lakin erməni cərrahlar bu biçarə uşaqlar üzərində cərrahiyyə əməliyyatı aparmaqdan imtina etmişdilər. Bu, dinindən, dilindən, irqi mənsubiyyətindən asılı olmayaraq hər bir insanın sağlamlığı keşiyində dayanmağa borclu olan erməni həkimlərin - mənəvi dünyaları çirkab bataqlığına dönənlərin içdikləri Hippokrat andına ən böyük xəyanəti idi.
Erməni qatillərinin 1992-ci ildə Spitakda onlarca azərbaycanlı uşağı dəmir trubalara doldurub, hər iki tərəfdən lehimləyərək diri-diri boğub öldürdükləri haqqındakı dəhşətli xəbər bütün bəşəriyyəti lərzəyə gətirsə də, ikili standartlar xəstəliyinə düçar olmuş dövlətlər səslərini içlərində boğub cınqırlarını belə çıxarmadılar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlılarının Xankəndidəki 366-cı alayla birlikdə Xocalıda törətdikləri dəhşətli soyqırımı isə tarixdə görünməmiş bir faciə idi. Həmin gün quduzlaşmış erməni qatilləri bir şəhəri yer üzündən sildilər. Əksəriyyəti südəmər körpələr və uşaqlar olan 613 nəfər soydaşımızın ömrünə vəhşicəsinə son qoydular. Yüzlərlə insanın diri-diri dərilərini soydular, burunlarını, qulaqlarını kəsdilər, qollarını, ayaqlarını baltaladılar, başlarının dərisini qopardılar, hamilə qadınların qarınlarını yırtdılar. Təəssüflər olsun ki, uşaqlarımızın əksəriyyəti erməni faşizminin tarix boyu günahsız xalqımızın və öz həmyaşıdları olan körpə balalarımızın başına gətirdiyi ağlasığmaz müsibətlərdən hələ də kifayət qədər hali deyillər. Halbuki onlar əlifba dünyasına qədəm qoyduqları ilk günlərdən öyrənməlidirlər ki, ermənilər necə əzazil bir millətdir. Elə buna görə də uşaq yazıçılarımız xalqımızın tarixi düşmənləri olan Stepan Şaumyan, Ozanyan, Amazasp, Lalayan və insan qatili olan digər "yan"ların murdar xislətini ifşa hədəfinə çevirən sənədli hekayələr yazıb ana dili və ədəbiyyat dərsliklərinə daxil etməlidirlər. Qoy oxuyub uzun qərinələr boyu şəhər və kəndlərimizi, qədim tarixi abidələrimizi dağıdıb xarabazara çevirən, yüz minlərlə günahsız soydaşımızın qətlinə fərman verən, torpaqlarımız hesabına özlərinə qondarma dövlət yaradan, qədim yurd yerlərimizin adlarını dəyişib özəlləşdirən o qatilləri yaxından tanısınlar. Respublikamızın bütün tədris müəssisələrində azərbaycanlıların soyqırımı ilə əlaqədar xüsusi guşələr yaradılmalı və həmin guşələr erməni faşizminin son iki əsrdə xalqımızın başına gətirdiyi ağlasığmaz müsibətləri əks etdirən kitablar, qəzet məqalələri, şəkil və plakatlarla təchiz edilməlidir. Qoy yurdumuzun gələcək qurucuları olan balalarımız öz tarixi vətənlərinin hansı ərazilərdən ibarət olduğunu və hansı dövlətlər tərəfindən zəbt olunduğunu dərindən dərk etsinlər. Qoy bəstəkarlarımız müqəddəs torpaqları bu gün də düşmən tapdağında inləyən Azərbaycan gəncliyini düşmənə qarşı ölüm-dirim savaşına səsləyən yüksək vətənpərvərlik ruhu ilə dolu, mübariz, döyüşkən mahnılar yaratsınlar. Qoy televiziyaların uşaq və gənclik redaksiyaları zəif, primitiv verilişlərdən əl çəkib, erməni qatillərinin tarix boyu xalqımıza qarşı törətdikləri cinayətkar aksiyaları göstərən, hərbi-vətənpərvərlik mövzusunda sanballı verilişlər hazırlasınlar. Bəsdir illər boyu nimdaş verilişlərlə beynimizə qavara çəkdikləri. Çünki öz milli tarixini, mədəniyyətini, qədim soykökünü dərindən öyrənib dərk etmək, dar ayaqda qana qanla cavab verib, düşmənin cinayətkar aksiyaları önündə polad sədd yaratmaq və əldən getmiş torpaqlarımızın xilası naminə mübarizəyə hazır olmaq hər bir Azərbaycan gəncinin vətən qarşısında borcudur.
Zeynal VƏFA
Azərbaycan.- 2011.-24 aprel.- S. 6.