Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyni qəbul etmişdir.

Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyni Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qarşıladı.

Sonra Prezident İlham Əliyevin xanımı Mehriban Əliyevanın Ülyahəzrətləri Haya Bint Əl Hüseynlə görüşü oldu.

Ülyahəzrətləri Haya Bint Əl Hüseyn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd Bin Rəşid Al Maktumun İordaniya Haşimilər Kralı II Abdullahın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd Bin Rəşid Al Maktumla bir neçə il bundan əvvəl Dubayda keçirdiyi görüşünü məmnunluqla xatırladı. İordaniya Haşimilər Kralı II Abdullahla isə mütəmadi olaraq görüşdüyünü vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Görüşdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə beynəlxalq yarışın əhəmiyyəti qeyd edildi, tədbirin Azərbaycanın beynəlxalq idman əməkdaşlığının genişlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd Bin Rəşid Al Maktumun İordaniya Haşimilər Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dubay əmirinə İordaniya Kralına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 2.