Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanovu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də ABŞ-ın dövlət katibinin Cənubi Qafqaz regionu üzrə müşaviri Tina Kaydanovu qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti perspektivləri, regional digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 2.