Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycan Respublikasında səfərdə olan Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn aprelin 24-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Ülyahəzrətləri Haya Bint Əl Hüseyn Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Sonra qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişdir. Ülyahəzrətləri Haya Bint Əl Hüseynə Bakıda aparılan quruculuq işləri barədə məlumat verilmişdir.

 

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 3.